ÜST-dən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA

1667

COVID-19 pandemiyası təhsil sisteminin fəaliyyətində misli görünməmiş kəsintiyə səbəb oldu və hazırda əsas məqam tədris müəssisələrinin fəaliyyəti bərpa olunduqdan sonra maksimum dərəcədə təhlükəsiz işin təmin olunmasıdır.

Bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.

ÜST-dən bildirilib ki, COVID-19 pandemiyası 190-dan çox ölkədə təxminən 1,6 milyard şagird və tələbəyə təsir göstərib. Onun sözlərinə görə, əksər Avropa ölkələri pandemiya ilə mübarizə çərçivəsində gec və ya tez məktəblərin bağlanması barədə qərar verməli idi:

“Məktəblərin açılması ilə bağlı qərarın qəbulu zamanı əsas məsələ ondan ibarətdir ki, ümumi epidemioloji kontekstdə uşaqların və əməkdaşların sağlamlıqları üçün riskləri nəzərə alaraq bu müəssisələrin fəaliyyətini maksimum təhlükəsiz dərəcədə necə təşkil etmək olar. Əgər biz virusun yayılmasına nəzarət edə bilsək, tədris müəssisələrinin açılması həm şagirdlər üçün, həm də orada işləyənlər üçün təhlükəsiz olacaq. Avqustun 31-də ÜST-ün Avropa regional bürosu 53 üzv-dövlət üçün COVID-19-la mübarizə çərçivəsində məktəb tədrisi üzrə virtual iclas keçirəcək”.

Nümayəndənin sözlərinə görə, məktəblərin təhlükəsiz fəaliyyəti üzrə variantlar məktəb şəraitində şəxsi gigiyena və sosial məsafə tədbirlərinə əməl etmək, eləcə də konkret şərtlər nəzərə alınmaqla digər tədbirlərin çevik və səmərəli tətbiqini əhatə edir. O, bir daha vurğulayıb ki, uşaqlar virusun yayılmasının mənbəyi ola bilər:

“Uşaqların xəstəliyi ağır formada keçirməsi şanslarının az olması hesab edilsə də, onlar virusun digər insanlara ötürülməsinin mənbəyi ola bilər. Biz əlimizdən gələni etməliyik ki, yaşımızdan asılı olmayaraq, yoluxmayaq. Uşaqları məsafə saxlamağın, əlləri tez-tez yumağın və virusun ötürülməsinin qarşısının alınması üzrə digər tədbirlərin vacibliyi barədə məlumatlandırmaq lazımdır. Böyüklər bu mövzunu uşaqlarla müzakirə etməli və onları maraqlandıran suallara cavab verməlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər