Vəkillər Kollegiyasının sədri Sumqayıtda vəkilliyin vəziyyətindən danışıb

651

 

Anar Bağırov: “Sumqayıt Regional Vəkil Bürosu üzərinə düşən funksiyanı tam yerinə yetirmir”.

Oktyabrın 11-də Sumqayıt şəhərində Sumqayıt şəhər 1 saylı vəkil bürosunun inzibati binasının təmirdən sonra açılışı və vəkilliyə namizədlərin and içmə mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində baş tutan and içmə mərasimində çıxış edən sədr Anar Bağırov Sumqayıt şəhər icra hakimiyyətinin rəhbərliyinə vəkilliyə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Sədr vurğulayıb ki, bu il Vəkilliyin 100 illik, Sumqayıt şəhərinin isə, 70 illik yubileyidir. Ona görə də Kollegiya Sumqayıta xüsusi diqqət ayırıb, Sumqayıtda regional vəkil bürosu açılıb, əvvəl mövcud olan büro təmir olunub və Sumqayıt “ASAN Xidmət” Mərkəzində vəkil bürosu fəaliyyətə başlayıb. Sumqayıt şəhərində vəkillərin sayının 51 nəfərə çatdığınl bildirən sədr bu göstərici ilə Sumqayıtın vəkillərin sayına görə Bakıdan sonra ikinci yerdə olduğunu qeyd edib. Bunun Sumqayıt üçün limit olmadığını və gələcəkdə bu tendensiyanın inkişafı üçün lazimi tədbirlər görüləcəyini diqqətə çatdıran Anar Bağırov Sumqayıtda bir sıra mədəni tədbirlərin, o cümlədən, vəkillər arasında ilk şahmat yarışmasının keçirildiyi də xatırladıb. Biz Sumqayıtla bağlı minimum planlarımızı yerinə yetirmişik, maksimum planımız Sumqayıt vəkilliyin müasir binasının olmasıdır deyən kollegiya sədri bu istiqamətdə büro rəhbərləri ilə müzakirələr aparıldığını, onlara müvafiq tapşırıqlar verildiyini də açıqlayıb.
Sumqayıt Regional Vəkil Bürosunun fəaliyyətindən razı olduqlarıdı dilə gətirən VK sədri hələlik bu büronun öz funksiyalarını tam yerinə yetirmədiyini yaxın gələcəkdə Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasında olan rayonlarda mərkəzləşmiş qaydada dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi funksiyasını da həyata keçirəcəyi anonsunu verib.
Tədbir çərçivəsində VK rəyasət heyətinin üzvlərinin və digər şəxslərin Vəkilliyin 100 illiyi yubiley döş nişanı ilə təltif olunması mərasimi də baş tutub. Təltif olunanlar arasında Sumqayıt şəhərindən iki vəkil – Anar Qasımlı və Fazil Nəhmətov da var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər