Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin övladının ad günü qeyd olundu – FOTO

1984

Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin övladı Ləman Niftəliyevanın doğum günü qeyd olunub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları Şəhidin ailəsinə baş çəkib, Ləman Niftəliyevanı doğum günü münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Mehrab Niftəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər