Xəzər sahilində ekoloji təşəbbüs: Sumqayıtda genişmiqyaslı təmizlik aksiyası təşkil olundu

409

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Sumqayıt şəhərində bir sıra ekoloji yönümlü tədbirlər həyata keçirilib. Bu çərçivədə Xəzər dənizinin Sumqayıt sahilində genişmiqyaslı təmizlik aksiyası təşkil olunub. Aksiya Sumqayıt Şəhər İcra Hakimiyyəti, SOCAR “Azərikimya” İstehsalat Birliyi, “SOCAR Karbamid”, “SOCAR Polymer”, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və digər aidiyyəti qurumların birgə təşəbbüsü ilə baş tutub.

Tədbirin əsas məqsədi Xəzər dənizinin sahilyanı ərazilərinin məişət və sənaye tullantılarından təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsinə ictimai dəstəyin artırılması olub. Aksiyada müxtəlif dövlət və özəl müəssisələrin əməkdaşları, könüllülər və ictimai fəallar fəal iştirak ediblər.

Toplanan tullantılar könüllülər tərəfindən ilkin olaraq ayrılmış, müxtəlif kateqoriyalar üzrə çeşidlənmiş və müvafiq olaraq Sumqayıt şəhərinin aidiyyəti xidmətlərinə təhvil verilmişdir.

Bildirilib ki, bu tip tədbirlər Sumqayıtda ətraf mühitin qorunması və ekoloji şüurun formalaşdırılması istiqamətində atılan məqsədyönlü addımlardan biridir. Aksiya iştirakçıları belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər.

Qeyd olunub ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin yay mövsümündə əhalinin çimərliklərdə səmərəli istirahətinin təşkili ilə bağlı imzaladığı sərəncama əsasən, şəhər ərazisindəki sahilyanı zonalarda və çimərliklərdə abadlıq, sanitar təmizlik, tullantıların daşınması, eləcə də ekoloji tədbirlərin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər