“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi Sumqayıtda tədbir keçirdi – FOTOLAR

865
Sumqayıt şəhər Poeziya evində Bayraq Gününə həsr olunan tədbir keçirilib, şəhidlərimizin ruhu anılıb. Açılışı edən Xocalı Soyqrımını Tanıtma İctimai Birliyinin sədri Xalidə Cəbrayılova Vural Azərbaycanın tarix səlnaməsini yazan şəhidlər haqqında fikirlər söyləyib. Daha sonra isə Azərbaycan himni səsləndirilib və Qarabağ, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru İzaməddin Bağırov, Qarabağ qazisi və “Mübarizlər Teatrı”nın bədii rəhbəri Vidadi Güləliyev, Əfqənistan və Qarabağ müharibəsi veteranı, “Batya” ləqəbli Sultan Bəndəliyev, “Yarımada” qəzetinin baş redaktoru Həsən Hüseynli, şair Asif Asiman, Xocalı rayonunun Sumqayıt şəhəri üzrə nümayəndəsi Aydın Əliyev və başqaları iştirak edərək bayraq və şəhidlərimiz haqqında fikirlər səsləndirib, bayrağın dövlətin varlığını təcəssüm etdirən əsas atributlardan biri olduğunu vurğulayıblar.
Daha sonra Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizin vətən uğrunda mübarizəsini özündə əks etdirən şeirlər səsləndiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər