YAP Sumqayıt şəhər təşkilatında elmi-praktik konfrans keçirildi -FOTOLAR

962

YAP Sumqayıt şəhər təşkilatında 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş video formatda elmi-praktik konfrans keçirildi.

Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, Gənclər birliyinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və siyasi fəallar iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramiz Hüseynov tədbir iştirakçılarını salamladı və tarixə, siyasi proseslərə nəzər salaraq qeyd etdi ki, 15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində çox mühüm yer tutur. Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu Öndər Heydər Əliyevin «Müstəqiliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir.
Bu baxımdan, Azərbaycanın müasir tarixinin iki önəmli hadisələrindən biri Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edilməsi və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıdır. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı o zaman yenicə bərpa edilmiş dövlət müstəqilliyimizin başı üzərini almış çox ciddi təhlükələrin aradan qaldırılması ilə əlaqədar idi. Bu təhlükələri yaşayan Azərbaycan xalqı ölkəni düçar olduğu vəziyyətdən xilas etmək üçün dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etməklə Azərbaycanın qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə iqtisadiyyatda tənəzzülün, Ermənistanın təcavüzünün, ölkə daxilində qeyri-sabitliyin qarşısı alındı. Azərbaycan inkişafa qədəm qoydu və nəticə etibarı ilə hazırda regionun güclü dövlətinə çevrildi. Onun qayıdışı milli məfkurəmizə qurtuluş tarixi kimi həkk olundu. Gələcək nəsil bu tarixi heç vaxt unutmamalıdır. Daha sonra Ramiz Hüseynov sözü məruzəçilərə verdi.
SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva “Heydər Əliyevib siyasi rəhbərliyə qayıdışı” mövzusunda çıxış edərək qeyd etdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqının taleyində həlledici rol oynamasında əsas və mühüm məsuliyyət dövlət başçısının üzərinə düşür. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ulu Öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalmışdır. Heydər Əliyev Azərbaycan tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış və gələcəyini müəyyən etmiş şəxsiyyət olmuşdur. Ulu Öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrinin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görmüşdür. O, zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünmüş, qarşılaşdıqları çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazmışdır.
1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə, xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Hicran Hüseynova qeyd etdi ki, xalqımız tərəfindən 15 İyun – Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır

ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Azərbaycan tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, Onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, yeni Azərbaycanın qurucusudur. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir.

Daha sonra Millət Vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Heydər Əliyevin irsində Ailə, qadın və uşaq məsələləri vətəndaş cəmiyyətinin formalaşmasında əsas amil kimi”, Sumqayıt şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrəşöbə müdirinin müavini Fərman Kazımov “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarıdır”, Sumqayıt şəhər 1№-li doğum evinin baş həkimi Təranə Rəcəbli “Ulu Öndər Heydər Əliyev – Azərbaycan səhiyyəsinin yaradıcısı kimi”, SDU-nun Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Qalib Hüseynov “Azərbaycan iqtisadiyyatının bu günü Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Namis Şirməmmədov “Müstəqillik dövrü mədəniyyətimizin dirçəldilməsi və inkişafı böyük Xilaskar Heydər Əliyevin adı ilə bağlıdır”, SOCAR Polimer zavodu, şöbə müdiri, Ərazi partiya təşkilat sədri Elvin Rzayev “Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin iqtisadi gücünün əsasını qoymuşdur” mövzuları ətrafında çıxışlar etdilər. Ümumilli liderə sonsuz məhəbbətlərini bildirdilər.
Sonda YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tədbirə yekun vurdu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər