Təhsil naziri Emin Əmrullayevin 2021-2022-ci dərs ili üçün tədris planları ilə bağlı əmrinə əsasən, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır.
Hələ 1 ay əvvəl Modern.az hökumətdəki mənbəyə istinadən yaydığı məlumatda (https://m.modern.az/az/news/300710/hokumet-sert-karantine-getmir-dersler-oktyabrda-baslayacaq) yeni tədris ilinin 15 sentyabrdan deyil, 1 oktyabrdan başlanacağını xəbər vermişdi.
Qeyd edilən məsələ ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğuya verilən cavab da dolayısı ilə bunu təsdiq edir:
“Hazırda bununla bağlı rəsmi məlumat yoxdur. Yekun qərar verildikdə ictimaiyyətə təqdim ediləcək”.
Qeyd edək ki, yeni dərs ilində tədrisin təşkili bağlı Təhsil Nazirliyi tərəfindən brifinq keçiriləcəyi, yeni qərarların açıqlanacağı gözlənilir.