Yubiley hədiyyələri

889

SDU-nun tələbə və əməkdaşlarının idman yarışlarındakı uğurları bir-birini əvəz etməkdədir

Son bir neçə il ərzində ölkəmizdə universitetlərin iştirakı ilə keçirilən idman turnirlərinin sayı xeyli artıb. Ali təhsil ocaqlarının, onların tələbələrinin müxtəlif yerli və beynəlxalq yarışlarda uğurlarında da artım müşahidə olunur.

Sumqayıt Dövlət Universitetinin (SDU) yetirmələrinin son nailiyyətləri də 50 yaşını qeyd etməyə hazırlaşan universitet üçün yubiley hədiyyəsidir.

Bu günlərdə sona çatan Azərbaycan ali məktəblərinin əməkdaşları arasında keçirilmiş 6 növ üzrə (mini futbol, voleybol, şahmat, dama, nərd və stloüstü tennis) idman yarışlarında Sumqayıt Dövlət Universitetinin komandası uğurla çıxış edərək ümumilikdə II yeri tutub.

SDU-nu təmsil edən komandalar mini futbol üzrə yarışlarda I yer, dama üzrə yarışlarda II yer, stolüstü tennis yarışında isə III yerə layiq görülüblər.

 

Ümumiyyətlə, universitetin son aylardakı idamn uğurları ardıcıl xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki Idman Cəmiyyətinin bu yaxınlarda keçirdiyi ali təhsil müəssisələrinin tələbələri arasında güllə atıcılığı üzrə çempionatında SDU-nun komandası III yer tutub.

Mart ayında isə boks üzrə Ukraynada, Xarkov şəhərində keçirilən Beynəlxalq yarışda 69 kq çəki dərəcəsində Nurulu Ağabala III yer tutaraq universiteti layiqincə təmsil edib.

Mart ayında Kimya və Biologiya fakültəsinin tələbəsi Rəşad Məmmədov da vətənə uğurla qayıdıb.  Ju-Jitsu (əlbəyaxa döyüş) üzrə Dünya Çempionatında SDU-nun tələbəsi III yerə layiq görülüb. O daha bir uğura Ukraynada, Kiyev şəhərində imza atıb. Belə ki, R.Məmmədov Ju-Jitsu döyüş növü üzrə keçirilən III Dünya Çempionatında III yer tutub.

Fevral ayında universitetin Filologiya fakültəsinin tələbəsi Şaiq Muradlı da ölkəmizi uğurla təmsil edib. Karate-Budo üzrə Türkiyədə keçirilən Avropa çempionatında Ş.Muradlı 72 kq çəki dərəcəsində uğurla çıxış edərək qızıl medala layiq görülüb. Ş.Muradlı daha bir uğura may ayında İran İslam Respublikasının Tehran şəhərində imza atıb. O, bu şəhərdə keçirilən Asiya çempionatında uğurla çıxış edərək qızıl medala layiq görülüb.

Kyokuşinkayan kontant karate üzrə Bakı şəhərinin açıq çempionatında isə İqtisadiyyat fakültəsinin tələbəsi Elvin Göyçəliyev 70 kq çəki dərəcəsində I yeri tutub.

May ayında Rusiya Federasiyasında Ryazan şəhərində keçirilən boks üzrə Beynəlxalq turnirdə də SDU-nun tələbəsi uğurla çıxış edib. Universitetin İqtisadiyyat fakültəsinin tələbəsi Nurulu Ağabala turnirdə III yeri tutub.

Nəhayət, aprel-may aylarında ölkəmizin 36 ali məktəbinin tələbələri arasında keçirilən futbol üzrə IV ölkə çempionatında Sumqayıt Dövlət Universitenin yığma komandası iştirak edib.Universitetin komandası I və II mərhələdə uğurla çıxış edərək payızda keçiriləcək 12 universitet komandalarının tələbələri arasında keçiriləcək Futbol liqasında çıxış etmək üçün lisenziya qazandılar.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər