Yük avtomobili hasara çırpıldı:1 nəfər öldü

639

Sumqayıt şəhərində “Mercedes” markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə, nəqliyyat vasitəsinin sürücüsü yaralanmış, avtomobildə olan 1993-cü il təvəllüdlü Həsənov Akif Mustafa oğlu həlak olub. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış A.Həsənovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər