Yuxu

2836

Nuranə ABBASOVA

905fa0582c34İnsanlar məni görmür. Qışqırıram səsim çıxmır, yerimək istəyirəm ayağım tutmur. Başımdın üzümə qaynar və qatı qan axır. Anam tez məni həkimə aparır. Çoxlu ağ xalatlar, çoxlu xəstələr, iniltilər… Həkim başımdakı qanı yuyur, üzümü təmizləyir, məni evə göndərir. Yarı yolda özüm özümü görürəm. Sifətimdə hələ də qan izləri var. Nədənsə tez atama zəng edirəm:

-Ata, üzümdə qan ləkəsi var!

Atam:

–         Tez mənə zəng elə.

–         Ata, axı mən səninlə danışıram.

–         Dedim ki, mənə zəng elə.

–         Ata…

Anamın yanına qaçıram:

–         Ana üzümdəki qan hələ getməyib, çox istidir, incidir.

–         Atanla danış!

–         Danışa bilmirəm, axı!

–         Dedim ki, atanla danış!

Evə doğru qaçıram. Qapımızı tələsə-tələsə döyürəm. İçəridən qəribə səs gəlir. Kim isə avazla Quran oxuyur. Çöldən qışqırıram:

–         Kim var içəridə?

Qapımız açılır. Içəri keçməyə qorxuram:

–         Axı kim var içəridə?

Cəsarətimi toplayıb keçirəm içəri. Qəribədir otaqlarımız bomboşdur. Tez telefona tərəf qaçıram. Atama zəng edirəm.

–         Qızım, mənə kömək elə…

Səs yenidən kəsilir.

Qapımız döyülür, tez oyanıram. Ağ xalatlı həmin həkim:

–         Aşağıda yaralı bir xəstəniz var.

Qaçıram aşağı. İnana bilmirəm- Atam…

YAZARIN ÖNCƏKİ YAZILARI

Metro ticarəti
Hazırsanmı?

822, 853, 874 və 884

Səhv düşəndə yerimiz

Həyat dəyişir

İllər görmüşdükmü bu illər kimi…

Oyun başlandı

Zəhərə və zəhmətə davam!

Əsrlərin “Molla”sı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər