Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2018-2019-cu il tədris ilinin başlaması ilə əlaqədar olaraq şəhərimizdəki bəzi ümumtəhsil məktəblərində yaradılan şəraitlə tanış olub.
Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində, 35 və 28 saylı tam orta məktəblərdə olan şəhər rəhbəri burada yaradılmış şəraitlə yaxından tanış olub, müəllim kollektivi ilə görüşüb.
Şəhərimizdə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş naliyyətlər ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb.