Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü oktyabrın 19-da Sumqayıt şəhər 6-cı mikrorayon ərazisində yerləşən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında keçirib.
Şəhər rəhbəri tərəfindən keçirilən qəbulda 20-ə yaxın vətəndaşın təklif, müraciət və şikayətləri dinlənilib.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbulda iştirak edən şəhər sakinləri Sumqayıtda son illərdə görülmüş genişmiqyaslı işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz səmimi təşəkkürlərini çatdırıblar