Azərbaycanın müdafiə naziri general polkovnik Zakir Həsənov Rusiya paytaxtına səfərə gəlib .
Səfərin məqsədi MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclasında iştirak etməkdir.
Qeyd edək ki, MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclası Moskva vilayətinin Kubinka rayonunda yerləşən “Park Patriot” mərkəzində baş tutacaq. Eyni gündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdafiə nazirləri Şurasının iclası keçiriləcək. unikal.org