Zavodda yanğın olub

696

sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhərində “Azərkimya” İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunun sexlərindən birində polimer ayaqaltılar 200 kv.m sahədə yanıb. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, yanğın texnoloji prosesin pozulması nəticəsində baş verib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə qeyd olunur ki, martın 2-də saat 20.00 radələrində Sumqayıt şəhərində Azərkimya İstehsalat Birliyinin “ER-300” Zavodundakı sexdə yanğın zamanı soyuducu qurğunun polietilendən hazırlanmış boruları yanıb, FHN-in əməkdaşı, çavuş Nizami Əsgərov tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

“Azərikimya” İB-nin yaydığı rəsmi məlumatda isə qeyd olunur ki, Yanğın nəticəsində zavoda heç bir ziyan dəyməyib və hazırda qurğuda baş vermiş yanğının səbəbləri araşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər