“Zəfər salnaməsi şagird tədqiqatlarında” layihəsinin yekun tədbiri keçirilib

927

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi:  “Zəfər salnaməsi şagird tədqiqatlarında”
Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsində iştirak edən Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin tarix müəllimi Şirinov Raqif vaqif oğlu “Zəfər salnaməsi şagid tədqiqatlarında” layihəsi üzrə qaliblərdən olub.
Raqif müəllim təhsil işçisi kimi gənc-nəslin təlim tərbiyəsində, onların şəxsiyyət kimi formalaşmasında, vətəninə-dövlətinə vətənpərvər vətəndaş kimi böyüməsində bütün imkanlarırından səmərəli istifadə edir. Çoxsaylı tədris vəsaitlərinin və məqalələrin müəllifii olan Raqif müəllim şəhərimizin ictimai və siyasi həyatında fəal iştirak edir. Şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş müsabiqələrdə ekspert qruplarda yer alıb. Təhsilimizə olan xidməti və fəaliyyəti Şəhər İcra hakimiyyəti və Təhsil Şöbəsi tərəfindən qiymətləndirilmişdi. Dəfələrlə Fəxri fərmanlarla təltif olunub.
“44 günlük” Vətən müharibəsinin zəfərini yaşamaq böyük xoşbəxtlikdir deyən Raqif müəllim bu qələbəni Azəbaycan xalqına yaşadan Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun fəaliyyətindən söhbət açdı. Müəllim Müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin Azərbaycanın davamlı və dayanıqlı inkişafından, milli ordu quruculuğundan danışıb.
Müəllim müharibədə tarix yazan ordumuzdan, şəhid və qazılardan danışaraq bildirdi ki, xalq öz şəhidini böyük izdihamla son mənzilə yola saldı. Bu gün də şəhid ailələrinə və qazılarımıza dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. YAŞAT Fondu tərəfindən yüzlərlə yaralımıza köməklik edilmiş və mülaicəsi aparılmışdı.
“44 günlük müharibə” dövrünün zəfərini şagirdlərimlə yeni layihədə işləməyi düşündüm deyən Raqif müəllim, Təhsil Nazirliyinin elan etdiyi V Qrant müsabiqəsinə “Zəfər salnaməsi şagird tədqiqatlarında” layihəsinə qoşulur. V Qrant müsabiqəsinin qaliblərindən biri olur. Məhz bu layihəni bu gün uğurla icra edərək şagirdlərini yeni tədqiqatlara, araşdırmalara, şəhid ailələri və müharibə qazıları ilə görüşlərə cəlb edir.
Dekabrın 29-da çalışdığı Sumqayıt şəhər Yusif Məmmədləliyev adına 31 nömrəli məktəbdə “Zəfər salnaməsi şagird tədqiqatlarında” layihəsinin yekun tədbiri keçirildi. Tədbirdə şəhərimizin müxtəlif idarə və təşkilatlarından nümayəndələr, tanınmış ziyalılar və məktəb direktorları və layihənin iştirakıçıları olan şagirdlər iştirak edirdi.
İlk öncə Şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. “44 günlük” Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi böyük qələbədən və bu qələbəni bizə bəxş edən Ali Baş Komandan İlham Əliyev cənablarının uğurlu siyasətinin nəticəsindən danışıldı. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasından, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəaliyyətindən söhbət açıldı. Bildirildi ki, Ulu öndərin qısa bir müddətdə ordu quruculuğu sahəsində gördüyü tədbirlərin nəticəsi idi ki, düşmən tərəf birinci Qarabağ müharibəsində atəşkəslə bağlı sazişin əldə olunması razılığına gəldi. Ata vəsiətini uğurla başa çatrıran cənab Prezidentimiz bu xoşbəxtliyi Azərbaycan xalqına bəxş etdi. Artıq işğaldan azad olunmuş torpaqlarımızda sürətli quruculuq işləri görülür. Ali Baş Komandanın o cümlədən Birinci Vitse-Prezident Mehriban xanın Əliyevanın işğaldan azad olunmuş şəhər və rayonlarımıza hər səfəri, keçirdiyi görüşlər, çoxsaylı layihələrin təməldaşlarının qoyulması bizlərə tezliklə o yurdlarımıza qaytmağa əsas verir.
Tədbirdə şagirdlərin araşırmalarında Vətən müharibəsində şəhid olmuş igid qəhrəmanlarımız haqqında topladıqları məlumatlardan ibarət kitabda tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə iştirak eədn qonaqlara həmin kitablardan hədiyyələr verildi. Sonda şagirdlərin layihə müddətindəki fəaliyyətləri dəyərləndirildi. Şagirdlərə Lahihənin sertifikatı və kitablar hədiyyə olundu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər