Oğul atasını istəmədən öldürüb

754

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, sentyabrın 16-da saat 23:45-də Köhnə Corat qəsəbə sakini, 1959-cu il təvəllüdlü Hacıyev Rasim Şahmar oğlu kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb. Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, sentyabrın 16-da saat 23:00 radələrində Elxan Hacıyev atası ilə birlikdə sonuncuya məxsus olan idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla sərxoş vəziyyətdə evə qayıdarkən avtomaşını küçədə saxladığı üçün qonşuları Emil və Ramin Məmmədov qardaşları ilə mübahisə ediblər. Mübahisə zamanı Elxan Hacıyev avtomaşından götürdüyü bıçaqla Ramin Məmmədovun sol qol nahiyəsinə xəsarət yetirib. Bu zaman Rasim Hacıyev oğlunu sakitləşdirmək istəyərkən sonuncu atasının da sağ bud nahiyəsinə bir xəsarət yetirib. Xəsarət güclü qanaxma ilə müşayiət olunduğundan Elxan Hacıyev atasını şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Həkimlərin göstərdikləri səyə baxmayaraq, Rasim Hacıyevin həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elxan Hacıyev sentyabrın 17-də saat 03:00 radələrində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilib. Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.milli.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər