Prezidentdən sərəncam - SUMQAYITLI KADRI SƏDR TƏYİN ETDİ

7553

Prezident İlham Əliyev Sadiq Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

sumqayitxeber.com xəbər verir ki, sərəncamla Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Sadiq Sadıqov 2015-2016-cı illərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin birinci müavini vəzifəsində çalışıb.

2018-ci ilin 13 martında isə prezident İlham Əliyevin sərəncamı ilə S. Sadıqov Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Nəhayət bugünkü təyinat S.Sadıqovu Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədri vəzifəsinə gətirib.

Qeyd edək ki, Sadiq Sadıqov  tanınmış həkim İzzət Sadıxovun oğludur.

HƏMÇİNİN OXUYUN:

Sumqayıtda İzzət Sadıxovun adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər