Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə Sumqayıtın bağça müdirləri ilə görüşüb.
1 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə bağçaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələlər müzakirələr edilib və məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar gələcəkdə qarşıda duran məqsəd, vəzifələr iştirakçıların nəzərinə çatdırılıb.
İclasıın sonunda bağça rəhbərlərinin çoxsaylı sualları cavablandırılıb.
Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələri Prezident İlham Əliyevin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib.