ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da Azərbaycana rəsmi səfərə gəlib.
Sumqayitxeber.com AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelini və xanımı Eka Tseretelini Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova və millət vəkili Tahir Mirkişili qarşılayıb.