«Azərikimya»da Qazaxıstanın Atırau şəhərinin nümayəndə heyəti ilə görüş keçirildi

652

ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyi rəhbərliyinin  Qazaxıstanın Atırau şəhərinin akimi (meri) Serik Aydarbekovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibli görüşü keçirilmişdir.

«Azərikimya» istehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatıMuxtar BabayevAtırau şəhərinin nümayəndə heyətini salamlayaraq, onlara  Azərbaycanda neft-kimya sənayesinin yaranma tarixi və inkişaf  mərhələləri, son illərdə bu sahədəaparılan yeniləşmə və müasirləşmə tədbirləri barədə ətraflı məlumat vermişdir.

Atırau şəhərinin akimi bildirmişdir ki, bu il Azərbaycanda işgüzar səfərdə olmuş Qazaxıstan nümayəndə heyətlərinin respublikamızdakı görüşlərini, ölkəmizin neft-kimya sənayesinin inkişafını, respublikalarımız arasında əlaqələrin genişləndirilməsini əks etdirən məlumatların qardaş ölkənin mətbuatında, mərkəzi və regional televiziya kanallarında yayılması Atırau şəhərinin nümayəndələrinin də Azərbaycana, onun neft-kimya sənayesinə olan diqqət və marağını xeyli artırmışdır. Nümayəndə heyətinin Azərbaycana, o cümlədən Sumqayıta bu səfəri də məhz həmin maraqdan irəli gəlmişdir. Nümayəndə heyətinin rəhbəri Atırau şəhərinin iqtisadiyyatı və sənaye müəssisələri haqqında müvafiq məlumat vermiş və Sumqayıtla Atırau şəhərinin qarşılıqlı iqtisadi əlaqələrinin yaradılmasının və genişləndirilməsinin hər iki tərəf üçün səmərəli olacağına inamını ifadə etmişdir.

Görüşdən sonra qonaqlar Azərbaycan neft-kimya sənayesinin inkişafında böyük xidmətləri olmuş Ulu öndər Heydər Əliyevə həsr edilmiş muzey-guşədə respublikamızın neft-kimya sənayesinin inkişaf dinamikasını və ayrı-ayrı mərhələlərini əks etdirən foto-sənədlərlə tanış olmuşlar.

 

 

Fotolar Vüqar Abdullahındır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər