“I sinifdə böyük summativ qiymətləndirmə ləğv olunub”
sumqayitxeber.com AzEdu.az-a istinadən xəbər verir ki, bunu Təhsil Tv-də yayımlanan “Həftənin sualı” verilişində Təhsil nazirliyinin sektor müdiri Vidadi Bağırov deyib. Onun sözlərinə görə, yeni qaydalara əsasən ümumi təhsil pilləsində hər səviyyənin sonunda böyük summativ qiymətləndirmə keçiriləcək:
“I sinifdə böyük summativ qiymətləndirmə ümumiyyətlə ləğv olunub. IV, IX, XI siniflərdə isə bütün fənlərdən BSQ-lər keçiriləcək. II və III siniflərdə BSQ-lər ləğv olunaraq, yalnız kiçik summativ qiymətləndirilmələr tətbiq ediləcək. Kiçik summativ qiymətləndirmələr yarımildə 3 dənədən az olmayacaq. V, VI, VII, VIII və X siniflərdə buraxılış imtahanında hansı fənlər nəzərdə tutulubsa, yalnız o fənlərdən böyük summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulub. Kiçik summativ qiymətləndirmələrin sayı tədris ilinin əvvəlində şagirdlərə elan olunacaq”.