Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif

381

“Azərbaycan Respublikasının və xalqının və həyatının bütün sahələrində sürətli inkişaf, intibah nəzərəçarpacaq dərəcədə yüksək səviyyədədir. Belə ki, ictimai-siyasi, istər iqtisadi, istərsə də mədəni sahələrdə yüksək dinamikaya nail olmaq düşünülmüş ardıcıl siyasətin nəticəsidir ki, ölkəmiz beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan bir çox parametrlər üzrə dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə qoyaraq öncül yerlərdə qərar tutub”.

Modern.az xəbər verir ki, bunu deputat İmamverdi İsmayılov deyib.

Deputat bildirib ki, bütün bu inkişafın kökündə isə təhsilə verilən yüksək dəyərin, əməyin nəticəsini görürük:

“Dünyanın hər bir yerində, inkişafın hər bir mərhələsində cəmiyyətin təhsillə üzvü bağlılığı olmuşdur və olmaqda da davam edir. Təhsil bütün sahələrin, mədəniyyətin başlanğıcı, təməl nöqtəsi, insan mənliyini, şüurunu formalaşdıran bir amildir. Bütün bunları nəzərə alaraq, hərtərəfli,yüksək biliyə, savada malik, müasir tələblərə cavab verən şəxsiyyətlər yetişdirmək istəyiriksə, təhsil alanların təhsil aldıqları mühiti normal şəkildə və şəraitdə qurmalıyıq. Bildiyimiz kimi, son dövrlərdə ölkə ərazisində məcburi köçkünlər və qaçqınlar üçün yeni şəhərciklər salınır, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Köçkün əhalinin daha çox kompakt yaşadığı ərazilərdə fəaliyyət göstərməyə başlamış, həmin ərazilərdə müasir tələblərə cavab verən maddi-texniki və tədris bazasına ( kimya, fizika, bialogiya laboratoriyalarına, idman zalına, informatika otaqlarına və.s) malik yeni ümumi təhsil müəssisələri tikilmişdir. Qeyd olunanlarla yanaşı, bu gün məcburi köçkün rayonlarında çoxsaylı problemlərin mövcud olduğu hazırki dövrdə təhsil sahəsinin də çoxsaylı spesfik çətinlikləri az deyildir. Belə ki, 90-cı illərin ilk dövrlərində əhalinin kompakt yaşadıqları ərazidə yaranan məktəblərimizə əsasən məcburi köçkün ailələrinin uşaqlarının cəlb olunurdu.

Həmin vaxtdan 30 ilə yaxın müddət keçib. O dövrlərdə məktəbdə oxuyan şagirdlər məktəbi bitirmiş, bu qəbildən olan əhalinin əksəriyyətinin digər ərazilərə köçmələrinə baxmayaraq, həmin məktəblər öz fəaliyyətlərini bu gün də davam etdirirlər. İndi məktəblərin fəaliyyət göstərdikləri ərazilərə stabil rayonlardan da çoxsaylı ailələr köçmüş valideynlərin uşaqlarının “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbul və yerdəyişməsi qaydalar”ına əsasən yerli şagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna həmin ərazilərdə yerli məktəblər olduğu halda yol verilmir. Bumun əksi olaraq, məcburi köçkün ailələrindən olan uşaqların yerli məktəblərə qəbulunda hər hansı maneələr tətbiq olunmur. Bu da təhsil işçiləri və valideynlər arasında birmənalı qarşılanmır. Bu səbəbdən də bir çoxu təzə tikilən, müasir tələblrə cavab verən məcburi köçkün məktəblərində şagird kontingentinin azalması, siniflərin bağlanması, müəllimlərin dərs saatlarının aşağı düşməsi gözlənilir.

Bununla belə, paytaxt da daxil olmaqla, digər böyük şəhər və rayonlarımızın ümumi təhsil müəssisələrində şagird sıxlığı özünü göstərir. Bu da öz növbəsində təhsilin keyfiyyətinin aşağı düşməsinə, təhsil prosesinin tənzimlənməsində bir sıra çətinliklər və problemlərin yaranmasına gətirib çıxardır. Valideyn övladını şagird sıxlığı daha az olan məcburi köçkün məktəblərinə qoymaq istədikdə isə buna nail ola bilmir. Bu da haqlı olaraq valideynlərin narazılıqlarına səbəb olur.

Hər bir valideynin övladını istədiyi təhsil ocağında təhsil almasına imkan yaradılmalıdır. Burada şəhər rayon və ya məcburi köçkün məktəbi deyə bölgü aparmaq fikrimizcə doğru deyil, bu cür qadağa tətbiq olunmamalıdır. Burada həm təhsilalanların, həm təhsilverənlərin, həm də ki valideynlərin istək və arzuları nəzərə alınmalı, hər bir şagirdin istədiyi məktəbdə təhsil ala bilməsi azadlığı yaradılmalıdır. Biz məcburi köçkün deputatları bu mövzuda həmfikirik və məsələ ilə bağlı Təhsil Nazirliyinə rəsmi məktubla müraciət ünvanlamışıq və güman edirik ki, müsbət cavablandırılacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər