İlhamə Abdullayeva Sumqayıtda yerləşən regional təhsil idarəsinin rəisi vəzifəsinə təyin olundu – FOTO

8807

Yeni yaradılan Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəis təyin olunub.
Bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəisi təyin edilib. İ. Abdullayeva bu təyinata kimi Təhsil Nazirliyinin Ümumtəhsil, Məzmun və Qiymətləndirmə şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, regional idarəyə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları daxildir. Regional İdarə Sumqayıt şəhərində yerləşir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər