İmtahandan keçməyən müəllimlərin də maaşı artacaq

403

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də əməkhaqlarında artım olacaq. “Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəli təsdiq edildikdən sonra diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin əməkhaqlarında sentyabrın 1-dən artım olacaq (minimum aylıq əməkhaqqı artımına uyğun olaraq):

“Ancaq o müəllimlər diaqnostik qiymətləndirmədən keçdikdən sonra onlar birinci istiqamət üzrə (diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər üçün nəzərdə tutulan 20 faizlik artımla) əməkhaqqı almağa başlayacaqlar. Hər bir halda həm diaqnostik qiymətləndirmədən keçən, həm də keçməyən müəllimlər, eyni zamanda qeyri-müəllim vəzifələrində çalışan təhsil işçilərinin də əməkhaqqının artımı sentyabrın 1-dən olacaq”.

F.Qədirov deyib ki, müddətli müqavilə ilə işə qəbul olunan müəllimlərin də aylıq vəzifə maaşlarında sentyabrın 1-dən 20 faiz artım olacaq:

“Müəllimlərin işə qəbulunda iştirak diaqnostik qiymətləndirməyə bərabər tutulur. Bu barədə ölkə Prezidentinin sərəncamı var. Həmin sərəncamdan çıxış edərək deyə bilərik ki, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlər üçün nəzərdə tutulan 20 faizlik artım müddətli müqavilə ilə işə qəbul olunan müəllimlərə də şamil ediləcək”.

Aparat rəhbərinin müavini qeyd edib ki, artım yalnız müəllimlərin vəzifə maaşları üçün nəzərdə tutulur, maaşlarına olan əlavələr isə dəyişmir: “Məsələn, sinif rəhbəri əvvəl də əlavə olaraq 40 manat alırdı, yenə də bu qədər alacaq”.

Qeyd edək ki, ilk peşə ixtisas məktəblərində çalışan təxminən 15 min nəfər pedaqoji heyətin 2 min nəfəri diaqnostik qiymətləndirmədən keçib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər