“Məhəmmədin uğuru, həm də Sumqayıt müəllimlərinin uğurudur” – Tahir Mirkişili

2595
“Hər tədris ilində yüksək nəticə göstərən gənclərlə görüşlərimiz baş tutur. Sumqayıt məktəbliləri hər il yüksək nəticələrlə fərqlənirlər”
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı deputat Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Məhəmməd Ağamalıyevin uğuru, həm də Sumqayıt müəllimlərinin uğurudur:
“Sumqayıtda təlim-tədrisin yüksək olması məktəblilərin hər il bu cür uğurlu nəticələr əldə etməsinə imkan yaradır.Hər tədris ilində yüksək nəticə göstərən gənclərlə görüşlərimiz baş tutur. Sumqayıt məktəbliləri hər il topladıqları yüksək ballarla fərqlənirlər”.
Xatırladaq ki, yaz qəbul imtahanlarında IV ixtisas qrupu Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət elmləri liseyinin şagirdi Məhəmməd Ağamalıyev 694 balla Respublika birincisidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər