Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli? – QIZIL MƏSLƏHƏTLƏR

1377

Hər bir uşaq məktəbə getmək zamanı yetişdiyində müxtəlif reaksiya göstərə bilər. Bəziləri məktəbə getmək istəmədiyini əvvəlcədən göstərsə də, bəziləri sonradan bunu büruzə verir.

Hətta bəziləri istəksizliyini “məktəbə getmək istəmirəm” deyə ifadə etmək yerinə “ayaqqabım sıxır”, “qarnım ağrıyır” kimi bəhanalər səsləndirirlər.

Mütəxəssislər isə valideynlərin bu kimi vəziyyətlərdə düzgün davranmalı olduqlarına diqqət çəkirlər.

Sumqayitxeber.com medicina.az-a istinadən bildirir ki, əsasən 5 və 11-12 yaşlarda olan uşaqlarda rast gəlinən bu hallar düzgün şəkildə həll edilməzsə, uşağın psixologiyasını ciddi zədələyə bilər.

Bəs uşaqları məktəbdən soyutmadan problemi həll etmək olarmı?

Məktəb bazarlığını birlikdə edin

Birlikdə edəcəyiniz məktəb alış-verişi uşaqların motivasiyasının artmasına kömək edir. Öz zövqünə görə alınmış məktəb ləvazimatlarını istifadə etmək həvəsi uşaqda məktəbə getməyə həvəs yaradacaq. Bundan başqa, geyinəcəyi paltarları, götürəcəyi çantanı uşaqla birlikdə hazırlamaq şagirddə məsuliyyət hissi yaradır.

Məktəbə daha rahat adaptasiya ola bilməsi üçün ilk gün yanında olmağa çalışın

Tətildən sonra məktəb rejiminə keçmək uşaqları məktəbdən soyudan amillərdəndir. Bunun nə qədər çətin olduğunu başa düşmək lazımdır. İlk gün onun yanında olaraq sinif yoldaşları və müəllimləri ilə tanış olmasına kömək edin. Bununla da uşağınız özünü daha komfortlu hiss edəcək. Lakin məktəbdə bir neçə gündən artıq görünməyiniz uşağın adaptasiya prosesinə zərər göstərəcək. Buna görə də uşağınıza müəllimi ilə daima əlaqədə olduğunuzu və hər hansı problem yarandıqda dərhal məktəbə gedəcəyinizi deyərək onun özünü güvənli hiss etməsini təmin edin.

Narahatlıqlarını, duyğularını ifadə etməsinə icazə verin

Uşaqlarınızın yaşadıqlarını, kiçik təcrübələrini danışmaları üçün şərait yaradın. Hətta nələr hiss etdiklərini, qorxularını, narahatlıqlarını dilə gətirmələrinə kömək edin. Qayğı, qorxu kimi kəlmələyi istifadə etmələrindən narahat olmayın. Bunların səbəblərini uşağın qəlbini qırmadan öyrənin. Qorxularının əbəs olduğunu onlara başa salmağa çalışın.

Müəllimlərindən kömək istəyin

Uşaqlarınızın keçirdikləri qorxu və narahatlıqların səbəbini öyrənmisinizsə, bununla bağlı müəllimlərinə məlumat verin. Adaptasiya müddətində də müəllimlə daima əlaqədə olun.

Məktəbdə zövq aldığı nüansları öyrənməyə çalışın

Əyləncəli tətil günlərindən sonra tez yatıb, tez durmaq, yeni qidalanma rejimi, üstəlik dərs stressi əvvəllərdə uşağa sıxıcı görünə bilər. Buna görə uşaqdan məktəbdə zövq aldığı dərsləri, nüansları öyrənin. Uşaqdan cavabını ala bilmədiyiniz “dərslər necə” keçdi kimi suallar soruşacağınıza, “idman dərsində nə oynadınız” kimi şeyləri soruşun. Uşaq bu suallara zövqlə cavab verəcək. Bununla uşağın məktəbin əyləncəli tərəflərini görməsinə şərait yaradacaqsınız.

Bir problem olduğunun fərqinə varmısınızsa, mütəxəssisdən yardım almaqdan çəkinməyin

Uşaqların sadaladığımız bu problemləri əslində bir neçə həftə içərisində həll olmalıdır. Lakin hər hansı dəyişiklik olmursa, uşaq yenə eyni əhval-ruhiyyədədirsə, bəhanələr səsləndirirsə, mütəxəssisə müraciət edin.

Xüsusi qeyd: mükəmməl uşaq anlayışı ilə qiymətləri çox yaxşı olan uşaq anlayışını qarışdırmayın.

Aşağıda yazılanları mütləq edin!

Məktəbdən gələndə uşağınızdan gününün necə keçdiyini soruşun.

Bütün suallarına sıxılmadan cavab verin.

Bəzi məsələlərdə ondan fikrini soruşun.

Uşağınızla iş birliyi edin.

Uşağa hansısa iş verib, məsuliyyət yükləməkdən qorxmayın.

Uşaqlarınıza güvənin.

Sözlə də, hərəkətlə də ona dəyərli olduğunu hiss etdirin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər