Misir Mərdanov Sumqayıtda vətəndaşları qəbul edəcək

632

Təhsil Nazirliyi Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında yaşayan vətəndaşlara müraciət edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 20-də saat 10:00-da təhsil naziri Misir Mərdanov Sumqayıt Şəhər Təhsil Şöbəsində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Abşeron və Xızı rayonlarında, Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya qaynar-xett@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər