Nazir 8 Mart hədiyyələrindən danışdı

331

Elm və təhsil naziri Emin Əmrullayev “8 Mart” ərəfəsində məktəblərdə müəllimlər üçün hədiyyələrin yığılması ilə bağlı sualı cavablandırıb. 

“Qafqazinfo” xəbər verir ki, mövzu ilə bağlı nazir bu gün keçirdiyi brifinqdə danışıb.

O qeyd edib ki, 8 Mart tarixində müəllimlərə pul yığılıb verilməsi pedaqoji dəyərlərimizə uyğun deyil: “Təəssüf ki, belə davranışlara yol verilir. Bir çox hallarda bunun təşəbbüskarı müəllimlər deyil, valideyn qrupları olur. Bu, davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb müəllimə rüşvət formasında hədiyyə etməkdən imtina etməlidir.

Müəllimləri xoş sözlərlə, maddi dəyəri böyük olmayan, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar. Müəllimləri bu cür təbrik etməkdə pis heç nə yoxdur. Nazirliyin qaynar xətti fəaliyyət göstərir. Hansısa xoşagəlmız hallar olarsa, həmin qaynar xəttə müraciət etsinlər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər