Polis Rəqsanənin həbsi üçün əməliyyata başlayıb

638
Muğənni Rəqsanə İsmayılovanın tutulması istiqamətində işlər aparılır.

 Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Rəqsanə İsmayılova barəsində Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə axtarışa verilib.

Hazırda R.İsmayılovanın tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Rəqsanə onun axtarışa verilməsi barədə xəbərə bu cür münasibət bildirmişdi:  “Mənə böhtan atırlar. Bu qız, yəni Təranə (keçmiş prodüsseri Təranə İsmayılova-red.) yenə boş-boş danışır. Eyni söhbətlərdir. Mətbuata çıxan yazılara baxıram. Ay məni tuturlar, ay nə bilim axtarışa veriblər. Qız dincəlmir də”.

Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsi müğənni Rəqsanə İsmayılovanın axtarışa verildiyini bildirib. R. İsmayılova barəsində 5 nəfərin şikayət ərizəsi əsasında istintaq araşdırması başlanılıb. Bu şəxslər müxtəlif epizodlar üzrə müğənninin onların etimadından sui-istifadə edərək, aldadıldıqlarını, külli miqdarda vəsaitlərinin mənimsənildiklərini bildirirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər