Azərbaycanın daxili işlər nazirinin vətəndaşları qəbul edəcəyi ünvan dəyişdirilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun martın 17-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək. İlk əvvəl qəbulun Sumqayıtda keçirilməsi barədə məlumat verilsə də, sonradan ünvan dəyişdirilib. Qəbulda Sumqayıt şəhər, Abşeron və Qubadlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Ramil Usubovun vətəndaşlarla Sumqayıtda keçirəcəyi qəbulun yeri dəyişdirilib
•
655