Şagirdlərə dərsi sevdirəcək sehrli peçenye – FOTO

1701

Bir çox hallarda uşaqlara mənfi təsir edən oyuncaqlar, məktəb ləvazimatları satılır.

Gürcüstanda üzərində vurma cədvəli olan peçenye isə bu “ənənə”ni pozub. Belə məhsulların uşaq psixologiyasına və təhsil uğurlarına necə təsir göstərəcəyini araşdırmaq istədik:

İnsanın beyni və psixologiyası xatirələrlə işləyir.Daha doğrusu, yaddaş hadisəni hisslərlə kodlaşdır.Bu proses beynin amiglada bölməsində kodlanır.Tədris prosesində isə bu proses, şagirdin xoş xatirə yaşamadığı müəllimə görə dərsdən soyuması ilə olur”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı psixoloq İbrahim İbrahimov deyib. Onun sözlərinə görə, həmin dərs gələndə  müəllim uşağın yadına düşür. O elə bilir ki, bu fənni həmin müəllim yaradıb, ondan başqa o dərsi bilən yoxdur:

“Bu cür hadisələrin və xatirələrin müalicəsində şagirdin xoşuna gəlməyən fənni hipnoz əsnasında xatırlamağı istənilir. Eyni zamanda, ona xoşuna gələn musiqi dinlədilir və ya mənzərə seyr etdirilərək xoş hisslər yaşadılır ki, şagirdin münasibəti həmin fənnə qarşı dəyişsin”.

Psixoloqun sözlərinə görə, bu peçenye də şagirddə həmin xoş münasibəti yarada bilər:

“Burada peçenye yeyərkən xoş hisslər keçirdən insan, eyni zamanda vurma cədvəlini görərək onu xoş bir hadisə kimi təsəvvür edəcək.Vurma cədvəliyləassosasiya peçenye yeməklə xoş hisslər və mükafat şəklində yaddaşına kodlaşacaq”

İ.İbrahimov sonda bildirib ki, bu kimi şeylər uşaqların xoşuna gələn məhsulların üzərində olsa yaxşı olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər