Şagirdləri dərsdən yayındırdığı deyilən şeirlə bağlı – Rəsmi açıqlama

1640

Məktəblərdə tədris olunan 3-cü sinif Azərbaycan dili dərsliyinə salınan “Otuz altı, altı” adlı şeir sosial şəbəkələrdə müzakirəyə çıxarılaraq narazılığa səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri şeiri uşaqları tədrisdən yayınmağa təşviq etdiyini bildiriblər.

Məsələ ilə bağlı Open.az-a açıqlama verən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, şeirdə heç bir neqativ hal yoxdur: “Daha ətraflı məlumatı dərslik müəllifi verib. Təhsil nazirliyi kitab yazmır. Kitabı müəlliflər yazır, o da müxtəlif prosedurlardan keçərək qalib gəlir. Ondan sonra isə məktəblərə göndərilir. Həmin şeirdə də neqativ yoxdur. Orada yaxşı və pis nümunələri göstərilir. İlkin olaraq qəribə gəlir, amma bu belə deyil”.

3-cü sinif “Azərbaycan dili” dərsliyinin müəllifləri Gülşən Orucova, Rafiq İsmayılov, Dilrüba Cəfərova və Zahid Xəlilovdur. Şeiri tərcümə edən isə elə dərsliyin müəlliflərindən biri olan Gülşən Orucova “Xəzər Xəbər”ə açıqlamasında deyilənlərlə razılaşmadığını bildirib: “Şeirdə şagirdlərə heç də dərsdən yayınma aşılanmır. Bu dərsi tədris edən müəllimlər əslində şagirdlərə nəticə çıxarmağı öyrətməlidirlər. Şeirin çap olunduğu bu dərslik artıq 10 ildir ki, şagirdlərə tədris olunur və şeirlə bağlı da heç bir problem yaşanmayıb”.

Valideynlərin etiraz etdiyi şeirdən bir hissəni təqdim edirik.:

Barı xəstələnəydim,

Qalxaydı hərarətim.

Qurtaraydı canımı

Sabahkı dərsdən mənim.

Şəfiqə Nazimqızı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər