Sumqayıt şəhərində son bir ildə sanitar gigiyenik pozuntulara yol verən 32 obyekin fəaliyyəti dayandırılıb. Bunu SİA-ya açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev bildirib. Onun sözlərinə görə, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən şəhər ərazisində fəaliyyət göstərən obyektlər üzrə 62 xəbərdaredici sanitar nəzarət aparılıb. “Bunun nəticəsi olaraq 61 nəfər məsul şəxs barəsində “İnzibati xətalar məcəlləsi”nin müvafiq bəndlərinə uyğun olaraq inzibati tədbirlər görülüb. 11 sahibkarlıq subyektləri barəsində isə daha ciddi tədbirlər görülməsi üçün hazırlanan sənədlər hüquq-mühafizə orqanlarına göndərilib”.