SDU-da “Salam, Şuşa!” adlı tədbir keçirildi

352
Mayın 19-da  Filologiya fakültəsinin  Xarici dillər kafedrasının təşəbbüsü ilə ingilis və rus dillərində “Salam Şuşa!” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının himni ilə başladı. Daha sonra Vətən  torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad  edildi.
Tədbiri giriş sözü ilə  kafedra müdiri professor Nigar İsgəndərova açaraq iştirakçıları salamladı, bu tədbirin keçirilməsinin məqsəd və məramını diqqətə çatdırdı. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin tariximizin ən şanlı səhifələrindən biri olduğunu xatırladan Nigar xanım Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun böyük qəhrəmanlıq və şücaət göstərərək ərazi bütövlüyümüzü bərpa etdiyini vurğuladı.
2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti cənab İlham Əliyev tarixi xəbəri açıqladı: Qarabağın incisi Şuşa işğaldan azad edildi. Hamı deyirdi ki, Şuşanı almaq mümkün olmayacaq. Lakin igid, cəsur və yenilməz döyüşçülərimiz mümkün olmayanı mümkün etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi cəsarəti, diplomatik və hərbi səriştəsi nəticəsində bizim 44günlük haqq müharibəmiz qələbə ilə başa çatdı. Bu Zəfər döyüşündə Azərbaycan xalqı bütün dünyaya bir daha sübut elədi ki,  böyük zəfərlər xalqın, onun ordusunun və Müzəffər komandanının birgə səyi nəticəsində həyata keçirilə bilər.
Tədbirdə Filologiya fakültəsinin xarici dil müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisaslarından olan tələbələrlə yanaşı, Kimya və biologiya fakültəsinin Ekologiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr və eləcə də  musiqi kollecinin tələbələri yaxından iştirak etdilər. Onların hazırladıqları Xan qızı Xurşidbanu Natəvanla  Aleksandr Dümanın söhbəti və “Məclisi-üns” ədəbi-mədəni mühiti ilə bağlı səhnəcik  hamının üzündə xoş bir təəssürat oyatdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər