Sertifikasiyadan sonra müəllim, direktor və müavinləri maaşdan əlavə nə qədər vəsait alacaq? – CƏDVƏL

678

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr:

Təhsilalanların sayı

(hər il yanvarın 1-i tarixinə)

Direktorun vəzifə maaşına aylıq əlavə (manatla) Direktor müavininin vəzifə maaşına aylıq əlavə

(manatla)

500-dən 700-dək 600 200
700-dən 900-dək 750 250
900-dən 1300-dək 900 300
1300-dən 1700-dək 1050 350
1700-dən 2100-dək 1200 400
2100-dən 2500-dək 1350 450
2500-dən çox 1500 500

Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr:

Sertifikatlaşdırmanın nəticəsi üzrə Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)
keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış

təhsilverənlərə

35
keçid balını toplamış digər

təhsilverənlərə

10

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər