Sumqayıt Dövlət Universitetində Beynəlxalq Qadınlar Günü qeyd edildi

606

Sumqayıt Dövlət Universitetində (SDU) 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
SDU- nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, rektor, professor Nadir Qəhrəmanov universitetin qadın əməkdaşlarını təbrik edərək, onlara ən xoş arzularını çatdırmışdır. O, universitetin son bir ildə xüsusilə böyük uğurlar qazandığını diqqətə çatdırmışdır. Dövlətimizin başçısının Sərəncamı ilə təhsil ocağının 20 əməkdaşının fəxri adlar və medallarla təltif edilməsini ölkə təhsilinə, eyni zamanda SDU-yə göstərilən qayğının və diqqətin sübutu olduğunu vurğulamışdır. “İşimizə verilən bu qiymət bizi daha da ruhlandırır. Bütün bu uğurların qazanılmasında qadın əməkdaşlarımızın rolu əvəzsizdir”, – deyə N.Qəhrəmanov əlavə etmişdir.
Sonra universitetin bir neçə qadın əməkdaşına SDU-nun Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi tərəfindən pul mükafatı təqdim edilmişdir.
Komitənin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək universitetin qadınlarını təbrik etmişdir. O, universitetin rektorunun İttifaqın döş nişanına layiq görüldüyünü bildirmiş və Azərbaycan Respublika Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının 20 illiyi münasibətilə təsis olunmuş yubiley medalını ona təqdim etmişdir.
Tədbir bədii hissə ilə davam etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər