Sözügedən təhsil ocağında 2022/2023-cü tədris ilində bakalavr səviyyəsinə qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olaraq distant formada qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün tələb olunan sənədlər:
1. İş nömrəsi (6 rəqəmli) və FİN kod;
2. Attestat və ya subbakalavr diplomunun surəti;
3. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırış vəsiqəsi) surəti;
4. Ödənişli əsaslarla qəbul olan abituriyentlərdən təhsil haqqının ödənilməsi barədə qəbzin surəti.
Qeydiyyatı təsdiqlənmiş abituriyentlər bu sənədləri müvafiq fakültələrə təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin 3 ədəd surəti;
2. Attestatın əsli;
3. Subbakalavr diplomunun əsli;
4. 4 ədəd 3×4 sm ölçülü fotoşəkil;
5. Tibbi arayış;
6. Ödənişli əsaslarla qəbul olunmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) üçün təsdiqedici sənədin surəti.
Onlayn qeydiyyat sentyabrın 2 -dən 12-dək davam edəcək. Sənəd Qəbulu Komissiyası hər gün saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.
Əlavə məlumat əldə etmək üçün ixtisaslara uyğun fakültə ilə əlaqə saxlamaq olar:
– Tarix və coğrafiya – 64-4-85-34;
– Mühəndislik – 64-4-89-06;
– Kimya və biologiya – 64-4-70-89;
– İqtisadiyyat və İdarəetmə – 64-4-85-31;
– Filologiya – 65-5-27-78;
– Riyaziyyat – 64-4-85-32;
– Fizika və Elektroenergetika – 64-4-89-11.