Sumqayıt Dövlət Universitetinin rektoru qəbul prosesini izlədi

2698

Avqustun 16-dan etibarən Sumqayıt Dövlət Universitetinin tələbəsi adını yeni qazanmış gənclərin qeydiyyatına start verildi. 2019-2020-ci tədris ilində birinci kurs tələbəsi olacaq şəxslər tələb olunan sənədləri təqdim edərək qəbul olunduqları fakültələr üzrə qeydiyyata düşürlər.
Bu gün Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov qəbul prosesini izlədi. O, sənədlərin qeydiyyatı prosesinin gedişi ilə tanış oldu, qəbulu aparan SDU nümayəndələri ilə söhbət etdi, hansısa narahatlığın olub-olmaması ilə maraqlandı. Rektor qəbula gələn tələbələr və onların valideynləri ilə görüşdü, övladlarının SDU tələbəsi adını qazanması münasibətilə təbrik etdi, birinci kurs tələbələrinə təhsildə uğurlar arzuladı. Rektor Sumqayıt Dövlət Universiteti haqqında qısa məlunat verdi bildirdi ki, Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 57 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlar atır. Ulu Öndərin siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda qeyd etdiyi kimi Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Rektor onu da qeyd etdi ki, universitetdə 6000-dən çox tələbə təhsil alır. 48 ixtisas üzrə bakalavr, 53 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır. 7 fakültə 29 kafedra, 6 elmi-tədqiqat laboratoriya, Tədris Metodiki Mərkəz, Doktorantura və magistratura şöbəsi, Elmi hissə, Əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. SDU-nun tarixində ilk dəfə olaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı aparılır. SDU-da Dissertasiya şurasının yaradılması fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarının müdafiə olunması istiqamətində gənc doktorantlara dövlətimiz tərəfindən yaradılan diqqət və qayğının bariz nümunəsidir. Gənclərə diqqət və qayğının bariz nümunəsindən biri də doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı sərəncamlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Bu artım gənclərin yüksək təhsil almalarında növbəti stimuldur. Düşünürəm ki, bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir. Bütövlükdə, təqaüdlərin əsaslı şəkildə artırılması təhsillə elmin vəhdətinə müsbət təsir göstərir . Yüksək nəticə göstərən tələbələrin elmə marağı artır, təqaüd almaq istəyən tələbələrin sayı gündən üçün çoxalır. Bu da ölkəmizin kadr potensialının inkişafına töhfə verəcək. Rektor professor Elxan Hüseynov onu da qeyd etdi ki, Geniş profilli Sumqayıt Dövlət Universiteti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadrlar hazırlayır. Minlərlə məzunlarımız müxtəlif idarə, müəssisə, təşkilatlarda yüksək vəzifələrdə çalışır. SDU-nun 3 tədris binası, 2 yataqxanası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin elmi kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, Redaksiya və nəşr işləri şöbəsi və 3 yeməkxanası var.Tələbələrin asudə vaxtının səmərəli təçkili ücün Tələbə klubu nəzdində rəqs, qiraət kimi özfəaliyyət dərnəkləri, Debat-natiqlik klubu, Ritorika klubu, şahmat, futbol, badminton, stolüstü tennis, atıcılıq, qılıncoynatma və s. idman bölmələri fəaliyyət göstərir. Respublikanın bölgələrində yerləşən tarix muzeyləri və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunur. Eyni zamanda Tələbələrin dünya görüşünün formalaşması Universitetdə xarici dillərin tədrisinə xüsusi diqqət yetirilir. Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən geniş çeşidli ədəbiyyat və müasir texniki vasitələrlə təchiz olunmuş ingilis dilini öyrədən mərkəz, İngilis dilli “Resurs” mərkəzi, universitetin tələbələri üçün mütəmadi olaraq ödənişsiz ingilis, alman və rus dillərini öyrətmək üçün kursları təşkil edən Linqvistik mərkəz fəaliyyət göstərir. Tələbə Elmi Cəmiyyətinin üzvləri təkcə universitetdaxili konfranslarda deyil, eləcə də respublikada və bütün ezamiyyət xərcləri SDU tərəfindən ödənilməklə xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda fəal iştirak edirlər.
Həmçinin, yaradılan şəraitə görə də tələbə-gənclər və onların valideynləri qeydiyyatın yüksək səviyyədə təşkilinə görə Rektor professor Elxan Hüseynov təşəkkür etdilər. Qeyd edək ki,Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2019-2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulu prosesi Avqustun 15-dən 27-dək davam edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər