Sumqayıt məktəblilərindən texnoloji ixtiralar – “Sabahın alimləri” müsabiqəsinin qalibləri

1301

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

TED.az xəbər verir ki, Sumqayıt məktəbliləri innovativ layihələrinə görə müsabiqənin qalibləri seçilərək mükafatlandırılıb.

Sumqayıt şəhərindəki 16 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəms Kamilli elektrik enerjisi istehsal edən ayaqqabı modeli təklif edir: “Elektrik enerjisinin əlçatmaz olduğu yerlərdə alternativ həll yollarına ehtiyac duyulur. Mən də bu yollardan birini təklif edirəm”.

İnsanın hərəkət etdiyi ilk 34 dəqiqədən başlayaraq, ayaqqabıda enerji yarandığını deyən Sumqayıt məktəblisi bu ayaqqabı ilə insanlarda hərəkət etməyə stimul yaradacağına inanır.

Başqa bir Sumqayıt məktəblisi Nailə Əmirova Texniki və təbiət elmləri liseyində təhsil alır. Həndəsənin köməyi ilə məsələləri kökündən həll etməyi təklif edib.

Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziyada oxuyan Leyla Qəniyeva və Bahar Kərimli isə hərbçilərin vəziyyətini nəzərə alaraq ideya irəli sürüblər. Onlar çətin şəraitdə hərbçiləri təbii qazla təmin etməyin yolunu təklif edirlər. Bu cür şəraitlərdə daha çox ağacın kəsildiyini vurğulayan məktəblilər irəli sürdükləri ideya ilə həm də təbiəti qoruya biləcəklərinə inanırlar. Belə ki, əsgərlər qida qalıqlarından ibarət tullantılarını məktəblilərin hazırladığı, özləri ilə asanlıqla daşıya biləcəkləri qurğuya yığmaqla qaza çevirə və özlərinə isti yeməklər hazırlaya bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər