Sumqayıt məktəblisi Beynəlxalq Olimpiadanın qalibi oldu -FOTO

596
Dekabrın 6-dan 8-dək Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə “İstedadların hazırlığı laboratoriyası” lV Beynəlxalq Olimpiadası keçirilib.
Olimpiadanın məqsədi məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın aşkar edilməsi, onların inkişafı üçün lazımı rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, yeniyetmə və gənclərin müvafiq sahələrdə fəaliyyət göstərən alim və tədqiqatçıların təcrübəsindən faydalanması, istedadlı yeniyetmələrin beynəlxalq əlaqələrinin genişlənməsinə şəraitin yaradılmasından ibarətdir.
Beynəlxalq olimpiadada Azərbaycanlı iştirakçılarla yanaşı, MDB və Baltikyanı ölkələrdən də nümayəndələr yarışıblar.
14-16 yaşlı yeniyetmələrin iştirak etdiyi Olimpiada riyaziyyat, fizika və kimya fənləri üzrə keçirilib. Hər üç fənnin nəticələrinə əsasən, qaliblərin mükafatlandırma mərasimi dekabrın 8-də təşkil edilib.
Olimpiadada Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərini təmsil edən 4 şagird iştirak etmiş, onlardan Cavid Nəzərov III yerin qalibi olmuşdur.

Sumqayıt məktəblisi Beynəlxalq Olimpiadanın qalibi oldu -FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər