Sumqayıt sakini buz bağlamış yolda yıxılaraq ölüb.
Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Bu gün rayonun 9-cu mikrorayon ərazisində şəhər sakini, 1953-cü il təvəllüdlü Avtandil Əsədov buz bağlamış yol ilə hərəkət edərkən yıxılıb. O, aldığı kəllə-beyin travmasından hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.