Dünyada sürətlə artan, ölümlə nəticələnən koronavirus pandemiyasına qarşı şəhərimizdə qabaqlayıcı tədbirlərin daha effektiv həyata keçirilməsi üçün aşağıdakı qaydalara riayət edin!
- Çox ciddi ehtiyac olmadığı təqdirdə, evdən çıxmayın!
- Uşaqları ticarət obyektlərinə və küçələrə aparmayın. Onların ev şəraitində qalmalarını təmin edin!
- Gigiyena qaydalarına ciddi şəkildə əməl edin!
- Tanıdığınız şəxslərlə qarşılaşdıqda yaxın təmasdan, əl ilə görüşməkdən çəkinin!
- Soyuqdəymə və qrip əlamətli insan gördükdə ondan mümkün qədər uzaq durun!
- Özünüzdə və ailə üzvlərinizdə soyudəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin!
- Sizdən xahiş olunur, Operativ Qərargahın bütün tələb, tövsiyələrinə və qeyd olunan qaydalara əməl edin!
- Unutmayaq ki, bu qaydalar Sizin və ailənizin sağlamlığının qorunması üçündür!
SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİ