“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” (YGEŞ) cari ilin əvvəlindən tərtib edilib təsdiqlənmiş tədbirlər planını əsasən yerinə yetirib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a daxil olan məlumata görə, 330 kV-lik I və VIII “Abşeron”, “Xaç¬maz”, 220 kV-lik “Yaşma”, 110 kV-lik II “Siyəzən”, II “Maştağa” və digər elektrik verilişi xətlərində, 110 kV-lik “Ceyranbatan”, “83 saylı” və digər yarımstansiyalarda nəzərdə tutulmuş təmir-təftiş və sınaq işləri başa çatdırılıb. Eyni zamanda, payız-qış mövsü¬münə hazırlıq məqsədilə yenidənqurma və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirilir.
Cari ilin son ayları ərzində 110 kV-lik “Sitalçay”, “Saz-1” və “Saz-2” yarımstansiyalarının hər birində müxtəlif gücdə olan iki transformatorda və onların avadanlıqlarında təmir işləri aparılıb. Eyni gərginlikli “Xəzri” yarımstansiyasının 2 saylı 6,3 MVA-lıq transformatorunda da analoji işlər həyata keçirilib. Bütün bunlarla yanaşı, sözügedən dövrdə “Goradil”, “Şamaxı”, “Masazır” və “83 saylı” yarımstansiyalarda transformatorlar və onların avadanlıqları əsaslı və cari təmir edilib.
Yanvar-sentyabr aylarında YGEVX-lərin 165 km-dən artıq hissəsində əsaslı təmir işləri aparılıb. Görülən işlərə 330 kV-lik I “Abşeron”, VIII “Abşeron”, 500 kV-lik II “Abşeron” hava xətlərini nü¬munə göstərmək olar. Həmin xətlər üzrə ayrı-ayrı dayaq¬larda boşalmış troslar dartılıb, torpaq¬lama konturu qaynaq olunub, dayaqlararası aşırımlarda zədəli naqillər təmir edilib, açılmış qol¬lu sıxaclar bərpa olunub. İl¬dı¬rımötürücü trosun açılmış qatı bərpa edilib, torpaqlama konturlarının müqaviməti ölçülüb. Eyni zamanda, 330 kV-lik “Xaçmaz” hava xəttində bir neçə dayaqarası naqil və ilgək (şleyf) təmir edilib, xeyli sayda izolyator dəyişdirilib və 7 dayaqda ildırımötürücü trosların armaturları yoxlanılıb. Hesabat dövründə 220 kV-lik “Yaşma”, 110 kV-lik I “Xırdalan”, “Masazır”, II “Maştağa” və digər hava xətlərində də analoji təmir işləri həyata keçirilib.
Bütün bunlarla yanaşı, 220 kV-lik “Sənaye Qovşağı”, “Qəbələ”, “Ağsu”, 110 kV-lik I “Sumqayıt”, II “Sumqayıt”, III “Sumqayıt”, IV “Sumqayıt”, V “Sumqayıt” və s. hava xətlərində də zəruri tədbirlər görülüb.