Sumqayıtda təhsil işçiləri üçün vebinarlar təşkil olunur

1839

Sumqayıt şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün Sumqayıt Şəhər Təhsil Şöbəsi və Mentor Təhsilə Dəstək Mərkəzinin təşəbbüsü ilə silsilə şəkildə vebinarlar artıq bir aydır ki həyata keçirilir.

Vebinarların məqsədi təhsil islahatı çərçivəsində baş vermiş yeniliklərlə müəllimləri tanış etmək, metodik tərəfdən dərsləri səmərəli təşkil etmək üçün istiqamətlər vermək və qarşıdan gələn sertifikasiya imtahanına hazırlaşmaqdır.

Dərsləri hər şənbə günü metodika üzrə təlimçi-mentor Xəyalə Quliyeva tədris edir.

Xəyalə Quliyeva sumqayitxeber.com-a açıqlamasında bildirib ki, bu vebinarları təşkil edəndə müəllimlər tərəfindən bu qədər marağa səbəb olacağını təxmin edirdik: “Hər şənbə günü iki mindən çox müəllim təlimlərdə iştirak edir. Hər təlimdən sonra qruplara göndərdiyimiz sınaqları həll edən zaman anlaşılır ki, müəllimlər bu vebinarlara tam ciddi yanaşır, verilən tapşırıqlara məsuliyyətlə yerinə yetirirlər. Bu  bizi çox sevindirir və növbəti şənbə gününə daha maraqlı mövzularla, sınaqlarla təlimkeçməyə motivasiya verir. Hər təlimdən sonra müəllimlərin ünvanımıza göndərdikləri xoş rəylər də tutduğumuz missiyanın nə dərəcədə önəmli olduğunu göstərir. Bu işdə bizə dəstək olan Sumqayıt Təhsil Şöbəsinin müdürü Arzu Alızadəyə və müdür müavini Ramin Abasova öz təşəkkürümü bildirirəm. “Məqsədimiz öyrətmək, məqsədiniz öyrənməkdir” şüarı ilə təşkil etdiyimiz bu təlimlər əminəm ki, müəllimlər üçün çox produktiv oldu. Bütün müəllimlərə uğurlar arzu edirik və əminik ki, Sumqayıt təhsilinin adını ucaldan təhsilverənlərimiz müəllimlərin sertifikasiya imtahanında da yüksək nəticələr əldə edəcəklər”.

Xatırladaq ki, Təhsil Nazirliyi artıq müəllimlərin qiymətləndirilməsi üzrə sertifikasiya imtahanlarının hansı qaydada keçirləcəyi ilə bağlı icitimaiyyətə maarifləndirici məlumatlar, videoçarxlar təqdim edib və artıq məlumdur ki, qiymətləndirmədə 40 ixtisas, 20 metodika sualı olmaqla ümumi 60 sualdan ibarət imtahanlar keçiriləcək. Ümumi sertifikasiya imtahanı haqqında tam məlumat almaq üçün İnsan Resurları Mərkəzinin, yaxud Təhsil Nazirliyinin səhifələrinə baxmaq kifayətdir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər