Sumqayıtın bu müəllimləri “TOP-50-lik”də – ADLAR

2236
Müəllimlər arasında təşkil olunan “İlin gənc müəllimi-2021” müsabiqəsində Uzun siyahı – “TOP-50-lik” müəyyən edilib.
Müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, azedu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.
Müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.
Münsiflər tərəfindən seçilən ən yaxşı 50 müəllim arasında Sumqayıtdan olan müəllimlər də var.
Belə ki, Sumqayıt şəhər 4 nömrəli orta məktəbin müəllimi Dünyamalıyeva Aysel Abduləli qızı və 36 nömrəli məktəbin müəllimi Məmmədova Təhminə Kamran qızı “TOP-50-lik”də yer alıb.
Qeyd edək ki, “TOP-50-lik” arasından “TOP-10-luq” müəyyən ediləcək və yaxın günlərdə açıqlanacaq.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər