Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibləri məlum olub.
sumqayitxeber.com xəbər verir ki, fərdi kateqoriya üzrə i213 layihə təklifi daxil olub və bu layihələrdən 83 layihənin dəstəklənməsi qərara alınıb.
Qalib layihələr arasında Sumqayıt məktəblərində çalışan məktəblərin müəllimlərin təqdim etdikləri layihələr də var.
Belə ki, Aliyə Əhmədovanın “STEM Azərbaycanda” (3100 AZN), Aidə Ələkbərovanın “Oxu dostları” klubu (3188 AZN), Sevda Mustafayevanın “Psixoloqların bilik və bacarıqlarının artırılması sahəsində tədbirlər” (3200 AZN), Gülnarə Vəlixanlı “Nəzəriyyədən təcrübəyə” (4193 AZN) və Elşən Zeynalovun “Riyaziyyat fənni üzrə 5 və 6-cı sinif şagirdlərinin fənn müsabiqələrinə hazırlığı məqsədi ilə vəsaitin hazırlanması” (4265 AZN) layihələri qrant müsabiqəsinin qalibləri sırasındadırlar.
Daha ətraflı bu linkdən tanış ola bilərsiniz: