Tahir Mirkişili “Caspian Business Award 2021” mükafatına layiq görüldü

406

Dekabrın 17-də Caspian Energy Club Yeni il bayram ziyafəti və “Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimat mərasimini keçirib.
“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Caspian Energy Club-ın üzv şirkətlərinin top-menecer və nümayəndələri iştirak ediblər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Biznes-hökumət dialoqunun inkişafına verdiyi töhfəyə görə” nominasiyasında “Caspian Business Award” mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində qeyd olunub ki,  “Caspian Business Award” beynəlxalq mükafatı ilə təltif olunanlar,  uğurlu layihələr həyata keçirən, dinamik nəticələr göstərən, 2021-ci ildə biznesin inkişafında mühüm rol oynayan  dövlət qurumları və şirkətlərin nümayəndələri ölkədə və regionda iqtisadiyyatın daha sürətli inkişafı üçün oriyentir rolunu oynayır.
Nominantlar Caspian Energy Club-a daxil olan yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər