Tahir Mirkişili: “Tələbələrin təhsil haqqının ödənilməsinə 40 milyon manat ayrılıb”

927

Milli Məclisdəki büdcə müzakirələrində çıxş edən komitə sədri Tahir Mirkişili bildirdi ki, dövlət büdcəsinin xərcləri artırılsa da, böhran dövründə heç bir sosial xərclər ixtisara salınmayacaq.

T.Mirkişili bir gün əvvəlki iclasda səslənən təkliflərə münasibət bildirdi. O, öncə ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqının yarıbayarı azaldılması ilə bağlı təklifə münasibət bildirdi. Deputat qeyd etdi ki, bir sıra güzəştli kateqoriyalar var və 15 min 200 tələbəni əhatə edir. 2019-20-ci il tədris ili üçün həmin tələbələrə büdcədən 40 milyon manat nəzərdə tutulub. “Dünya təcrübəsi göstərir ki, yardım hökmən ünvanlı olmalı, ehtiyacı olanlara verilməlidir. Ona görə də daha çox tələbə bu kateqoriyaya uyğun gələrsə, o halda məsələyə baxıla bilər”-komitə sədri əlavə etdi. T.Mirkişili qeyd etdi ki, dövlətimizin imkanları müdafiə qabiliyyətimizin daha da yüksəltməyə hər zaman imkan verir və bununla bağlı narahatlıq yoxdur.

T.Mirkişili dedi ki, sahibkarlara dəstək üçün əlavə 100 milyon manat nəzərdə tutulub. Həmçinin sahibkarlara dövlət dəstəyi daha bir ay uzadılıb. 1 iyul tarixinədək sahibkarlıq fəaliyyəti ilə bağlı 170 milyon manatdan çox vəsait ayrılıb. Dövlət sahibkarların daha az zərər çəkməsi üçünaddımlar atıb. Komitə sədri bildirdi ki, tikinti sektorunun azalması ilə bağlı hər hansı xərc nəzərdə tutulmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər