Təhsil İdarəsinə yeni müdir təyin edildi- SUMQAYITDA İŞLƏYİB

942

Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib.

Müvafiq əmrlə bu vəzifəyə Abşeron -Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev gətirilib.

O, bu postda ötən ay istefa verən Rüfət Hacıyevi əvəzləyib.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev ötən ay istefa verib.

Xatırladaq ki, keçən ay Rüfət Hacıyevin Xaçmaz şəhər dörd saylı tam orta məktəbdə doqquzuncu sinif şagirdini döyməsi barədə məlumat yayılmışdı.

Bildirilirdi ki, təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlanı döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.

Qeyd edək ki, bir neçə ay əvvəl də R.Hacıyev barəsində Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər