Türkiyənin “Kanal 7” ekranlarında yayımlananan “Yemin” serialında azərbaycanlı model-aktrisa Yağmur Şahbazovanın da yer alması Türkiyə mediasında ciddi əks-sədaya səbəb olub.
Yağmurun kim olması hamının marağına səbəb olub.
Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, 1987-ci ildə Bakıda anadan olan Yağmur, teatr aktrisası Esmiralda Şahbazovanın qızıdır. Anası Esmiralda qızı Yağmuru da özü kimi aktrisa olaraq yetişdirib. Yağmur bir zamanlar Azərbaycanda reklamlarda çəkilib və ATV-də 3 il davam edən “Vicdan haqqı” serialında əsas rollardan birinin ifaçısı olub.
Türk filmində çəkiləcəyində hər hansı çətinliklərlə üzləşmədiyini qeyd edən Yağmur indiyədək İstanbula ancaq gəzməyə gəldiyini bildirib:
“Hazırda çəkilişlərdən vaxt əldə edə bilmədiyindən şəhəri gəzmək imkanları məhduddur”.
İstanbulda özünü yad hiss etməyən Yağmur qeyd edib ki, filmə çəkilməyim gözlədiyimdən də yaxşı oldu:
“Anam yanımda olmasa da, çəkiliş qrupu mənə çox isti münasibət bəsləyir. Biz iki dövlət, bir millətik. Sağ olsunlar, məni əl üstündə saxlayırlar”.